Şriftin ölçüsü :

Saytın rəngi :

Bu kəndlərdə icra nümayəndələrinin hesabat yığıncaqları keçirildi

05 yanvar 2019 | 16:00

Şəmkir rayon İcra Hakimiyyəti başçısının Qaracəmirli, Abbaslı, Yuxarı Seyfəli, Ələsgərli, Daşbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin 2018 – ci ilin yekunlarına dair hesabat yığıncaqları keçirilib.

Qaracəmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin hesabat iclasında Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, Yuxarı Seyfəli İƏD üzrə nümayəndənin hesabatında başçının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəxrəddin Vəliyev, Abbaslı kənd İƏD üzrə nümayəndəlikdə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayev iştirak ediblər.

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sənan Quliyev isə Ələsgərli İƏD üzrə nümayəndənin, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşı Rəşad Ramazanov isə Daşbulaq kənd İƏD üzrə nümayəndənin hesabat iclasında iştirak ediblər.

Kənd sakinləri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirakı ilə keçirilən hesabat yığıncaqlarında inzibati ərazi dairəsi üzrə nümayəndələr məruzə ilə çıxış edib, hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat veriblər.

Keçidlər