Şriftin ölçüsü :

Saytın rəngi :

MÖHTƏŞƏM ŞƏMKİR KARNAVALI KEÇİRİLDİ

28 dekabr 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni İl” münasibətilə möhtəşəm karnaval keçirildi.

Karnavalda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bütün Azərbaycan xalqını qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə təbrik edib.

Daha sonra 2016-cı ildə Şəmkir rayonunun sosila-iqtisadi, mədəni, təhsil və idman sahəsində fərqlənənlərə fəxri fərman və kuboklar təqdim olunub.

Sonda şəmkir sakinlərinə müğənni-bəstəkar Ramal İsrafilovun ifasında möhtəşəm musiqili proqram təqdim olunub.

Sərkar Şəmkirli də öz şən musiqiləri ilə karnavalda çıxış edib.

Bayram karnavalında bütün Şəmkir sakinləri, xüsusilədə balacalar doyunca rəqs edib, əyləniblər.

Tədbirə rəng qatan isə N saylı hərbi hissənin əsgərləri olublar.

Karnavalın sonunda tədbirdə iştirak edən uşaqlara bayram hədiyyələri təqdim olunub.

Keçidlər