Şriftin ölçüsü :

Saytın rəngi :

FƏXRİ FƏRMANLA TƏLTİF EDİLƏNLƏR VƏ İLİN QALİBLƏRİ ONLARDIR

28 dekabr 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni İl” münasibətilə möhtəşəm karnaval keçirildi.

Tədbirdə 2018-ci ildə Şəmkir rayonunun sosial-iqtisadi, mədəni, təhsil və idman sahəsində fərqlənənlərə fəxri fərman və kuboklar təqdim olunub.

Əvvəlcə səhnəyə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun Sərəncamına əsasən Fəxri Fərmanla təltif edilənlər dəvət olunub. Fəxri Fərmanları Alimpaşa Məmmədovun özü təqdim edib.

Fəxri Fərmanla təltif edilənlər

1. Abbasov Zəkulla Əyyub oğlu
2. Əliyev İqbal Əli oğlu
3. Hüseynov Tahir İslam oğlu
4. Məmmədova Sevda Zeynaləbdin qızı
5. Muxtarova Tərlan Telman qızı
6. Namazova Vəfa Rasim qızı
7. Pirverdiyev Cavanşir Manaf oğlu
8. Sadıqov Mikayıl Ənvər oğlu
9. Yusibov Ramiz Novruz oğlu
10. Orucov Ayaz Rizvan oğlu

Daha sonra rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsində şəmkirlilərin seçimi və münsiflər heyətinin qərarı ilə aşağdakı nominasiyaların qalibləri mükafatlandırılıb. Mükafatları “Xalq qəzeti”nin bölgə müxbiri, Respublikanın əməkdar jurnalisti Hamlet Qasımov və “Azərbaycan” qəzetinin bölgə müxbiri Sabir Əliyev təqdim ediblər.

İLİN QALİBLƏRİ

1. “İlin İcra Nümayəndəsi”- Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Aşağı Seyfəli İƏD üzrə nümayəndəsi Oruc Qarayev
2. “İlin Bələdiyyəsi”- Sarıtəpə Bələdiyyəsinin sədri Aytəkin Musayeva
3. “İlin İdmançısı”- Elnarə Qafarova
4. “İlin Gənci” – Mətanət Qüdsi
5. “İlin ən yaxşı Məktəbi”- Kür qəsəbə 2 saylı tam orta məktəb
6 “İlin məktəbəqədər təhsil müəssisəsi- Dəllər Qəsəbə 2 saylı körpələr evi-uşaq bağçası
7. “ İlin Mədəniyyət işçisi” – Anar Əliyev
8. “İlin həkimi” – Səbinə Salmanova
9. “ İlin təşkilatı”- ASAN Xidmət
10. “İlin dost təşkilatı” – BP
11. “ Ilin mətbuat orqanı” – AZƏRTAC
12. “İlin televizyası” - Kəpəz ARB
13. “ Ilin sahibkarı” – Anar Cavadov
14. “İlin müəllimi”- İlhamə İbrahimova

 

Keçidlər