Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR GƏNCLƏRİNİN UĞURLARI

26 dekabr 2018 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda gənclərlə bağlı layihələr uğurla icra olunur.

Bu işlərin davamı olaraq daha bir gənc yeni vəzifəyə təyinat alıb. Bu, Quliyev Anar Sahib oğludur.

1 yanvar 1985-cü il tarixində Seyfəli kənndində anadan olan Anar Quliyev Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. Ailəlidir 1 övladı var.

Quliyev Anar Sahib oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Dağ Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mühasib vəzifəsinə təyin edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Anar Quliyevi təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

 

Keçidlər