Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayon Məhkəməsinə iki yeni hakim təyin edilib

26 dekabr 2018 | 16:00

Yeni təyinat alan hakimlər Paşayev Nemət Şirkət oğlu və İmanov Zaman Şakir oğludur.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Nemət Paşayev və Zaman İmanovla görüşüb.

Yeni təyinat münasibətilə hər iki hakimi təbrik edən icra başçısı onlara şərəfli və məsuliyyətli işində uğurlar arzulayıb.

Şəmkir Rayon Məhkəməsinin yeni təyinat alan hakimləri də öz növbəsində Alimpaşa Məmmədova göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Nemət Paşayev Qazax rayonunda anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
İmanov Zaman isə Yevlax rayonunda dünyaya gəlib. Bakı dövlət Universitetinin hüquq fakültəsini bitirən İ.Zaman ailəlidir iki övladı var.

ŞƏMKİR RAYON İCRA HAKİMİYYƏTİ VƏ BÜTÜN ŞƏMKİRLİLƏR ADINDAN BİZ DƏ NEMƏT PAŞAYEVİ VƏ ZAMAN İMANOVU TƏBRİK EDİR, UĞURLAR ARZULAYIRIQ!

Keçidlər