Şriftin ölçüsü :

Saytın rəngi :

"BÖYÜK YOL"UN TƏŞKİLATÇILIĞI İLƏ MÖHTƏŞƏM RƏQS FESTİVALI

25 dekabr 2018 | 16:00

“Böyük Yol” Gənclərin İctimai Birliyi “Gənc Tərbiyəçilər” və “Gənclərin Mədəni İnkişafına Dəstək Birliyi”nin birgə təşkilatçılığı ilə Qərb regionunda ilk dəfə məhz Şəmkirdə "Bağça Uşaqlarının Rəqs Müsabiqəsi" baş tutub.

Müsabiqənin keçirilməsində əsas məqsəd milli ənənələrin qorunub saxlanılması, rəqs kollektivlərinin yaradıcılıq səviyyəsinin yüksəldilməsi və inkişaf etdirilməsi, istedadlı uşaqları aşkar edərək onların inkişafının istiqamətləndirilməsinə töhfə verməkdir.

Müsabiqədə iştirak etmək istəyən bağçaların rəqs nömrələrinə münsiflər heyəti tərəfindən müsabiqə günündən əvvəlki tarixlərdə baxılıb.
Müsabiqə şərtlərinə uyğun gələn rəqslər müsabiqədə iştirak hüququ əldə ediblər.

Nəticədə 52 bağçanın iştirak etdiyi seçimlərdə 20 bağça finala vəsiqə qazanaraq yekun təqdbirdə iştirak ediblər.

Məlumat üçün bildirək ki, seçimlər qrup və fərdi rəqslər üzrə aparılıb.

Final mərhələsində bağçalar qalibiyyət uğrunda gərgin mübarizə aparıblar. Mübarizənin sonunda peşəkar münsiflər heyətinin qiymətləndirməsi nəticəsində qaliblər müəyyən edililərək mükafatlandırılıb.

Qeyd edək ki, iştirakçılara qrup və fərdi rəqslər üzə ayrı ayrılıqda nominasiyalar təqdim olunub.

Keçidlər