Şriftin ölçüsü :

Saytın rəngi :

İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın illik yekun iclası keçirilib

20 dekabr 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiya Şəmkir rayonu ərazisindən keçən kəmərlərin təhlükəsizliyinin qorunmasını qarşısına prioritet vəzifə kimi qoymuşdur.

Bu məqsədlə rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın iclası keçirilib.

İclasda Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi idarəsinin Şəmkir regional şöbəsinin rəhbər heyəti və İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın üzvləri iştirak ediblər.

Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi idarəsinin Şəmkir regional şöbəsinin rəisi Ağabala Hüseynov geniş məruzə ilə çıxış edərək bildirib ki, kəmərlərə və onların fəaliyyətinə əsassız maraq göstərənlər, istirahət, ovçuluq, balıqçılıq niyyətilə dəhliz adlanan əraziyə gələnlər sakinlərin nəzərindən heç vaxt yayınmamlıdır və təhlükəsizlik tədbirlərinin görülməsində aidiyyətli orqanlara köməklik göstərməlidirlər.

Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov çıxış edərək bildirdi ki, İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi Azərbaycan Respublikasının digər ərazilərində olduğu kimi, Şəmkir rayonu ərazisində də yüksək səviyyədə qorunur: "Komissiyanın apardıqları iş nəticəsində kəmərboyu ərazilərin əhalisi yaşadığı yerdən keçən boru xətləri barədə lazımı biliklərə malikdir. Hər bir Şəmkir sakini bilir ki, kəmərlərin təhlükəsizliyinin təmin edilməsində onların üzərinə də müəyyən vəzifələr düşür".

DTX-nın Şəmkir Rayon şöbəsinin rəisi Müşfiq Mürsəlov isə çıxışında kəmərboyu ərazinin sakinləri yaşayış məntəqələrində şübhəli şəxsləri, icazə olmadan boru xətlərinin yerüstü qurğularının şəklini çəkənləri, burada naməlum əşya quraşdıran adamları görəndə dərhal reaksiya verməlidirlər.

Digər çıxışlar zamanı da İxrac boru kəmərlərinin Şəmkirdən keçən hissəsində təhlükəsizlik tədbirləriinin gücləndirilməsi üçün görülən işlər və qarşıdan duran vəzifələr, mövcud ixrac boru kəmərlərinin keçdiyi ərazilərdə yaşayan yerli əhalinin dəstəyinin formalaşdırılması və bu istiqamətdə maarifləndirmə işinin həyata keçirilməsi barədə danışıblar.

Keçidlər