Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏYƏM CIRDAXAN MƏKTƏBLİLƏRİNDƏN HEYRƏTAMİZ TƏQDİMAT

18 dekabr 2018 | 16:00

Bu gün Şəmkir rayon Sərdar Məmmədov adına Zəyəm Cırdaxan tam orta məktəbdə “Məktəbin təqdimatı” keçirilib.

Təqdimatdan öncə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və qonaqlar məktəbin şagirdlərinin hazırladığı əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Daha sonra məktəbin kollektivi qonaqlara məktəblərini təqdim ediblər. Əvvəlcə məktəblilər Azərbaycan tarixinə, zəngin mədəniyyətimizə və incəsənətimizə aid kompozisiyalar səsləndiriblər.

“Məktəbin Təqdimatı” tədbirdə iştirak edən qonaqların marağına səbəb olub.

Təqdimatda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov məktəblilərin məharətindən heyran olduğunu və onların çox böyük gələcəyinin olduğunu bildirib.
Şagirdlər isə öz növbəsində təqdimata gəldiyi üçün icra başçısına təşəkkür edib, məktəblilər adından əl işi olan gerbimizi əks etdirən hədiyyə təqdim ediblər.

Görülmüş işlərdən razılığını bildirən qonaqlar məktəbin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

 

Keçidlər