Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Açıq Əyləncəli Futbol Məktəbinin təqdimatı keçirilib

11 dekabr 2018 | 16:00

Şəmkir Olimpiya İdman Kompleksində Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə AFFA-nın Azərbaycan Açıq Əyləncəli Futbol Məktəbinin təqdimat yarışı keçirilib.

Yarışda Şəmkir Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Davud Süleymanov, Azərbaycan Açıq Əyləncəli Futbol Məktəbinin koordinatoru Kərim Ağayev, Şəmkir Uşaq Gənclər İdman Məktəbinin direktoru Namiq Mahmudov, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov iştirak ediblər.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Davud Süleymanov yarış iştirakçılarını rayon rəhbərliyi adından salamlayıb, Respublikamızda dövlət tətrəfindən idmana ayrılan diqqət və qayğıdan bəhs edib.

Davud Süleymanov bildirib ki, regionlarda bu tip idman yarışlarının keçirilməsi yetiyetmələr arasında futbola olan marağı daha da artırır.

Çıxış edən Azərbaycan Açıq Əyləncəli Futbol Məktəbinin koordinatoru Kərim Ağayev belə möhtəşəm təqdimatın yüksək səviyyədə keçirilməsinə görə rayon rəhbərliyinə minətdarlığını bildirib.

Daha sonra uşaq və yeniyetmələrə AFFA-nın Azərbaycan Açıq Əyləncəli Futbol Məktəbi tərəfindən futbol topları, idman formaları hədiyyə edilib.

Qeyd edək ki, tədbir millət vəkilləri Sahibə Qafarova və Rauf Əliyevin birgə təşəbbüsü ilə baş tutub.

Keçidlər