Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ BARAMAÇILIĞIN İNKİŞAFI MƏQSƏDİLƏ 46 MİN TUT TİNGİ ƏKİLƏCƏK

10 dekabr 2018 | 16:00

Şəmkir rayonunda baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Bu məqsədlə Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 20 mini Şəmkir rayonuna verilib.

Bölgü əsasında təsərrüfatlara, barama istehsalçılarına əvəzsiz olaraq paylanılan tinglərin əkini isə artıq başa çatmaq üzrədir.

Tut tinglərinin əkim prosesi rayonun Aşağı Seyfəli, Yuxarı Seyfəli, Abbaslı, Mehirli kəndlərində də aparılıb və ümumilikdə bu kəndlərdə 4 min ədəd ağac əkilib.

Tut tingləri Çin texnologiyası əsasında əkilib. Sahələrin hazırlanması və əkin işləri mütəxəssislərin nəzarəti altında aparılıb. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən 26 min ədəd yerli tut tinginin 8 min ədədinin əkilməsi də həyata keçirilib. Qalan 18 min tut tinginin əkilməsi isə yaxın günlərdə həyata keçiriləcək.

Qeyd edək ki, baramaçılığın inkişaf etdirilməsi Şəmkir rayonunda prioritet məsələlərdən hesab olunur. Rayon üzrə 2018-ci ildə 12,691 ton barama istehsal olunub.

İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2017-ci illərdə rayon ərazisində 80 min ədəd tut tingi əkilib. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir.

Keçidlər