Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR MƏKTƏBLİLƏRİNDƏN DÜNYAYA SÜLH MESAJLARI

10 dekabr 2018 | 16:00

Şəmkir Gənclər Mərkəzidə məktəblilərin iştirakı ilə “Dünyaya Sülh Mesajları” adlı tədbir keçirilib.

Düyərli 2 saylı tam orta məktəbin iptidai sinif müəllimi İlhamə İbrahimovanın təşkil etdiyi tədbirin keçirilməsində məqsəd məktəblilər arasında sülhü, təhlükəsizliyi və sabitliyi təbliğ etmək olub.

Tədbirdə çıxış edənlər dünyada sülhün əhəmiyyətindən və Azərbaycan dövlətinin sülhsevər siyasətindən, xalqımızın məcburən müharibəyə cəlb edilməsinə baxmayaraq, daim sülh tərəfdarı olmasından və bu istəklə yaşamasından danışıblar. Azərbaycan Uşaqlarının təhlükəsiz və sülh şəraitində yaşadığını bütün dünyaya mesaj olaraq vermək istədiklərini bildiriblər.

Daha sonra tədbir şagirdlərin hazırladıqları bədii kompozisiyalarla davam edib. Məktəblilər sülh, vətən və azadlıq mövzularında şeirlər səsləndirib, mahnılar oxuyub, dünya xalqlarının rəqslərini ifa edib, hər kəsi sülhə, barışa, gözəlliyə və mənəvi dəyərlərə sahib olmağa səsləyiblər.

Sonda şagirdlər sülhə çağırış olaraq ağ göyərçinləri havaya buraxdılar.

Keçidlər