Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI ŞƏMKİR ŞƏHƏR SAKİNLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİB

06 dekabr 2018 | 16:00

Bu gün Şəmkir kəndlərdə keçirilən səyyar qəbullardan başqa Şəmkir şəhərində də keçirilən əlavə görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.

Dekabrın 6-da Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkir şəhər Nəriman Nərimanov adına tam orta məktəbdə vətəndaşlarla görüşüşüb.

Görüşdə Alimpaşa Məmmədov əvvəlcə rayon sakinlərini salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini bildirib, eyni zamanda, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın aparıcı rayonlarından olan Şəmkirin də hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb.

Sakinləri narahat edən məsələlərlə bağlı sualları ətraflı cavablandıran icra başçısı əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.

Sonda rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və digər məsul şəxslərdən onlara müraciət edən hər bir vətəndaşın bu və ya digər problemlərinə həssaslıqla yanaşmalarını tələb edib.

 

Keçidlər