Şriftin ölçüsü :

Saytın rəngi :

KÖRPƏLƏRİN HEYRƏTAMİZ DÜŞÜNCƏLƏRİ- "BAĞÇANIN TƏQDİMATI"

04 dekabr 2018 | 16:00

“Gənc Tərbiyəçilər Birliyi”nin təşkilatçılığı ilə Şəmkir rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin iştirakı ilə "Bağçanın təqdimatı" başlığı altında layihə həyata keçirilir.

Layihə çərçivəsində növbəti təqdimatı Şəmkir rayon Yeni Həyat kənd körpələr evi-uşaq bağçasının fidanları ediblər.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edib.

Yeni Həyat kənd körpələr evi-uşaq bağçasının körpə fidanları bir-birindən maraqlı kompozisyalarla izləyicilərin diqqətini çəkməyi bacarıblar.

Körpələrin məharətlərinə heyran qalan rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov gözəl təqdimata görə uşaq bağçasının kollektivinə təşəkkürünü bildirib.

Keçidlər