Şriftin ölçüsü :

Saytın rəngi :

"ŞƏMKİRLİLƏR BİLSİN Kİ..." - ALİMPAŞA MƏMMƏDOV

28 noyabr 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov daha bir səyyar qəbul rayonun Qədimqala kəndində keçirib.

Görüşdə yerli sakinlərlə səmimi söhbət edən Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb.

İcra başçısı qəbulda Şəmkir və şəmkirlilərə olan sonsuz sevgisindən də danışıb: “Bu gün sizi narahat edən məsələlər bizi daha çox işləməyə, çalışmağa məcbur edir. Çünki hər birimiz Şəmkiri çox sevirik. Hər bir şəmkirli bilsin ki, bu rayon, sakinlərimiz bizə canımız qədər əzizdir. Şəmkirə və onun dəyərli sakinlərinə canımız da qurbandır”.
Daha sonra Qədimqala kəndində yaşayan sakinlərin şikayət və təklifləri dinlənilib.

Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər problemlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Kənd sakinləri əhalinin problemlərinin həlli məqsədilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərdən razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir.

Keçidlər