Şriftin ölçüsü :

Saytın rəngi :

Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikası məsələləri müzakirə olundu

22 noyabr 2018 | 16:00

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Şəmkirdə "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası məsələlərinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri-başçının müavini Aynur Abdullayeva, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlara profilaktik işin təşkili şöbəsinin xüsusilə mühüm tədbirlər üzrə baş inispektoru, polis polkovnik-leytenantı Əkbər Əkbərov, Şəmkir Rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Yaşar Hüseynov, Şəmkir Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov, Şəmkir Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski, Şəmkir RİH VƏ Polis Şöbəsinin əməkdaşları, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri Şəmkir Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri-başçının müavini Aynur Abdullayeva giriş sözü ilə açıb, toplantının məqsədi və müzakirə ediləcək mövzuları elan olunub.

Sonra DİN-nin əməkdaşı Əkbər Əkbərov "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası üzrə görülən işlərin vəziyyəti və "Yetkinlik yaşına çatmayanların cinayətə meyilliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının, habelə onlar arasında avaralıq və dilənçilik hallarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu" mövzularında çıxış edib.

Yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə "Narkotiklər haqqında nə bilirik?", "Narkotik, yoxsa həyat?", Dini radikalizm mövzusunda Şəmkir Rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Yaşar Hüseynovun çıxışı da iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Daha sonra mövzular ətrafında qısa film izlənilib, geniş diskussiyalar keçirilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər