Şriftin ölçüsü :

Saytın rəngi :

GƏNC XANIM BAĞÇA MÜDİRİ TƏYİN EDİLDİ

22 noyabr 2018 | 16:00

Bu gün Şəmkirdə gənclərin rəhbər vəzifələrə təyin olunması artıq geniş vüsət almıb, ənənəyə çevirilib.

Qasımova Gülnar İman qızı da belə gənclərdən biridir.

Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq Əmrinə əsasən Qasımova Gülnar İman qızı Şəmkir Rayon Çaparlı kənd körpələr evi-uşaq bağçasının müdiri təyin edilib.

Qasımova Gülnar 03 fevral 1992-ci ildə Şəmkir rayonu Dəllər qəsəbəsində anadan olub. Lənkəran Dövlət Üniversitetinin riyaziyyat-informatika fakültəsini bitirib. Ailəlidir, 1 övladı var.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Qasımova Gülnarı təbrik edir, yeni işində uğurlar arzulayırıq.

 

Keçidlər