Şriftin ölçüsü :

Saytın rəngi :

"SİZ ƏN SƏMİMİ İCRA BAŞÇISISINIZ" - TUR-AKSİYA İŞTİRAKÇILARI

20 noyabr 2018 | 16:00

"SİZ ƏN SƏMİMİ İCRA BAŞÇISISINIZ" - TUR-AKSİYA İŞTİRAKÇILARI

"Ölkəmizi tanıyaq" layihəsi üzrə Bakının Binəqədi, Abşeron, Sabunçu rayonlarının, Şuşa, Zəngilan, Salyan, Neftçala məktəbliləri Şəmkir rayonunda olublar.

Tur-aksiya iştirakçılarını Şəmkir Şəmkir Heydər Əliyev Mərkəzinin qarşısında rayon İcra Hakmiyyətinin başçısı Alimpaşa Məmmədov qarşılayıb.

Tur-aksiya iştirakçılarını salamlayan Alimpaşa Məmmədov bu layihənin məktəblilərin gələcək inkişafındakı əhəmiyyətindən danışıb.

Daha sonra İcra başçısı Alimpaşa Məmmədov tur-aksiya iştirakçıları ilə Şəmkir Tarix-Diyarşünaslıq muzeyinə gedib və məktəblilərlə səmimi görüş keçirib.

İcra başçısının səmimi görüşündən məmnun qalan məktəblilər Şəmkirdə olduqları üçün sevinclərini gizlətməyib:"Siz bizim üçün ən səmimi icra başçısısınız. Mehriban münasibətiniz səfərimizə ayrı bir rəng qatdı. Çox sağ olun ki, şagirdlərə bu qədər dəyər verirsiniz".

Onlar Alimpaşa Məmmədova səmimi görüş üçün təşəkkür edib, icra başçısı ilə tək-tək rəsm çəkdiriblər.

 

Keçidlər