Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

16 noyabr 2018 | 16:00

 

  Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şəmkir rayonunda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl S.Babayev və Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəmkir şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Vətəndaşlar əsasən sosial təminat növləri, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə, o cümlədən özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılması, əmək hüquqlarının müdafiəsi, reabilitasiya xidmətləri ilə təminat və s. ilə bağlı müraciət ediblər. Sorğu xarakterli müraciətlərlə əlaqədar izahatlar verilməklə, qaldırılan ayrı-ayrı məsələlərin həlli istiqamətində konkret tədbirlər görülüb.

Şəmkir rayonunda S.Babayev həmçinin bu rayondakı Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzi ilə tanış olub.

Keçidlər