Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Bayraq Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

08 noyabr 2018 | 16:00

Şəmkirdə Dövlət Bayrağı günü münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər İdman İdarəsi, Şəmkir Tarix-Diyarşünaslıq Muzeyi və “Böyük Yol” Gənclərin İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində məktəblilərin ifasında bayrağımıza həsr olunmuş şer, mahnı və ədəbi kompozisiyaları dinləyiblər.

Daha sonra “Gənc Şahinlərin” müşayiəti ilə yürüş keçirilib.

Bayram tədbiri rayon rəhbərliyinin iştirakı ilə ağacəkmə aksiyası ilə başa çatıb.

Keçidlər