Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR GƏNCLƏR MƏRKƏZİNDƏN RAYON GƏNCLƏRİNƏ YENİ İMKANLAR

05 noyabr 2018 | 16:00

Şəmkir Gənclər Mərkəzində “Kitab Evi”nin açılışı olub.
Gənclər və digər təbəqələr arasında kitab işi və mütaliə mədəniyyətinin yüksəldilməsi məqsədilə açılan mərkəzdə azərbaycan, rus, ingilis və digər dillərdə yerli və xarici ədəbiyyat nümunələri, şəxsi inkişaf, fəlsəfə, vətənpərvərlik və s. mövzularda kitablar təqdim olunub.

Tədbirdə rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Şəmkir Gənclər Mərkəzinin direktoru Kənan İbrahimov çıxış edərək bilidirib ki, “Kitab evi” oxuculara lazımi elmi və bədii ədəbiyyatların əldə edilməsinə xidmət göstərməklə yanaşı, onların asudə vaxtlarını səmərəli təşkil etməyə kömək edəcək.

Tədbirdə çıxış edən digər iştirakçılar da elm və bilik mənbəyi olan kitabın insan həyatında və şəxsiyyətin formalaşmasındakı rolundan söz açıb, yeni fəaliyyətə başlayan “Kitab evi”nin açılışı münasibətilə kitabsevərləri təbrik edərək gələcəkdə mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildiriblər.

Sonda tədbir iştirakçılarına bildirilib ki, bundan sonar mərkəzdə kitab klubu fəaliyyət göstərəcək. Həftə sonları kitab müzakirələri, ayrı-ayrı yazıçılarla görüş və oxu mədəniyyətinin təbliği üçün müxtəlif sosial layihələr icra olunacaq.

Keçidlər