Şriftin ölçüsü :

Saytın rəngi :

"VƏTƏNDAŞ MƏMNUNLUĞUNA NAİL OLUNMASI BİZİM VƏZİFƏ YÜKÜMÜZDÜR" - ALİMPAŞA MƏMMƏDOV

02 noyabr 2018 | 16:00

Bu gün Şəmkirdə sakinlərin arzu və istəklərinə, qaldırdıqları problemlərə diqqətlə yanaşılır, onların həlli üçün qəti qərarlar qəbul edilir.

Noyabrın 2-də Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun qəbulunda 79 nəfər rayon sakininin müraciəti dinlənilib, problemlərin həlli istiqamətində tədbirlər görülüb. Adiyyəti qurumlara tapşırıqlar verilib.

Ən müxtəlif kateqoriyaları təmsil edən vətəndaşlar həmişə olduğu kimi qəbul gününə böyük inamla gəlmişdilər. Heç vaxt sakinlərin inamını boşa çıxarmayan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov isə vətəndaşlarla münasibətə həssas olmağı, onların dərdinə şərik olmağı, problemlərini öz problemləri kimi həll etmək istiqamətində ciddi tapşırıqlar verdi: "Əgər Prezidentimiz deyirsə, xalqın birinci xidmətçisi mənəm, biz dövlət məmurları da belə işləməliyik. Hesab edirəm ki, Cənab Prezidentin bu sözləri hər bir məmur üçün örnək olmalıdır. Hər birimizin vəzifə yükümüz vətəndaş öhdəliyidir".

Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti su, torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.

Vətəndaşlar Şəmkir və şəmkirlilərə göstərdiyi dəstək və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova minnətdarlıq ediblər. Arzu və istəkləri reallaşdıran daha bir qəbul günü çoxlarının həyatına uğurlu tarix kimi yazıldı.

Onu da qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sifahi qəbulundan başqa, rayon İcra Hakimiyyətinin rəsmi “facebook” səhifəsi, müntəzəm olaraq yenilənən www.shamkir-ih.gov.az internet saytı, mail@shamkir-ih.gov.az elektron poçt ünvanı, “Qaynar xətt” telefonu (5700) fasiləsiz fəaliyyət göstərir, yerlərdə quraşdırılan “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilir.

Keçidlər