Şriftin ölçüsü :

Saytın rəngi :

DÜYƏRLİ KƏNDİNİN ORTA MƏKTƏB QIZLARI "AZƏRXALÇA" ASC-NİN ŞƏMKİR FİLİALINDAN XOŞ TƏƏSSÜRATLARLA AYRILDILAR

25 oktyabr 2018 | 16:00

Şəmkir rayon Düyərli kənd 2 saylı tam orta məktəbin şagirdləri “Azərxalça” ASC-nin Şəmkir filialında olublar.

Məktəbin direktoru Bela İsmayılovanın təşkilatçılığı ilə baş tutan ekuskursiyada məktəbli qızlar xalçaçı xanımlarla incə naxışların sirlərini öyrəniblər.

“Azərxalça” ASC-nin Şəmkir filialında olmaqdan məmnun qalan məktəbli qızlar xalçaçı xanımlara onlara göstərdikləri diqqətə görə təşəkkür edib, xatirə şəkilləri çəkdiriblər.

Keçidlər