Şriftin ölçüsü :

Saytın rəngi :

Dini radikalizmə qarşı mübarizə mövzusunda tədbir keçirilib

19 oktyabr 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti və Şəmkir Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Sərdar Məmmədov adına Zəyəm Cırdaxan tam orta məktəbdə "Terrorizm, dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirildi.

Tədbirdə Şəmkir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Ruhid Hacıyev, Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski, məktəbin müəllim və şagird heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şəmkir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Ruhid Hacıyev dini radikalizmə qarşı effektiv mübarizə metodu kimi dini maarifləndirmə işinin əhəmiyyəti haqqında söhbət açdı. Natiq qeyd etdi ki, Azərbaycan Respublikasında vətəndaşlar arasında dini radikalizm hallarının qarşısını almaq, vahimə yaradan terrorçuluq əməllərini öncədən zərərsizləşdirmək və ölkə daxilində sabitliyin pozulmasına yönələn təhlükəli əməlləri əngəlləmək üçün kifayət qədər hüquqi baza və onu nəzarət altına alan dövlət orqanları vardır.

Gənclərin dini radikalizmə qarşı mübarizədəki rolunu önə çəkən R.Hacıyev bildirdi ki, hal-hazırda ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin qorunmasında, dini radikalizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı vətəndaşlar, xüsusilə də gənclər fəal iştirak etməlidirlər.

Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski isə "Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda geniş məruzə ilə çıxış edib.
M.Şıxlınski bildirdi ki, ölkəmizdə dini radikalizm və ekstremizmlə mübarizə istiqamətində genişmiqyaslı və çoxşaxəli fəaliyyət həyata keçirilməkdədir. Azərbaycan beynəlxalq müstəvidə də İslam həmrəyliyinin müdafiəçisi kimi humanist mövqe nümayiş etdirir.

Toplantıda şagirdlərin sualları cavablandırıldı və geniş fikir mübadiləsi aparıldı.

Keçidlər