Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR RİH-DƏ GƏNC XANIMA VƏZİFƏ VERİLDİ

05 oktyabr 2018 | 16:00

Bildiyiniz kimi Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda gənclərlə bağlı layihələr uğurla icra olunur.

Bu işlərin davamı olaraq daha bir gənc xanım Şəmkirdə yeni vəzifəyə təyinat alıb. Bu Qasımova Gülçin Elçin qızıdır.

Qasımova Gülçin 5 avqust 1990-cı ildə Şəmkir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin filalogiya fakültəsini bitirib.

Qasımova Gülçin Elçin qızı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Gülçin Qasımovanı təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər