Şriftin ölçüsü :

Saytın rəngi :

İcra nümayəndəsi "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib

04 oktyabr 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının Dəllər Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hüseynova Tünzalə Ələkbər qızı Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və İcra Hakimiyyətinin məsul şəxsləri Tünzalə Hüseyinovanı təbrik edib və bundan sonrakı fəaliyyətində ona uğurlar arzulayıblar.

Tünzalə Hüseynova da öz növbəsində Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə və İcra başçısına göstərdikləri daimi diqqət və dəstəyə görə təşəkkürünü bildirdi, Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət edəcəyini qeyd edib.

Keçidlər