Şriftin ölçüsü :

Saytın rəngi :

Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan Şəmkir gəncləri ilə görüş - FOTO, VİDEO

11 sentyabr 2018 | 16:00

Sentyabrın 11-də Şəmkirdə qəbul imtahanlarında yüksək bal toplayan rayon gəncləri ilə görüş keçirilib.

Görüşdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri-başçının müavini Aynur Abdullayeva, Rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlınski, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, valideynlər və məzunlar iştirak ediblər.

Tələbə adını qazanan gəncləri təbrik edən rayon icra hakimiyyətinin başçısının birinci müavini Qüdrət Əliyev ölkədə təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev hər zaman təhsilə böyük önəm verib. Ölkəmizdə təhsilin inkişafı bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bütövlükdə son illər təhsilin inkişafına xidmət göstərən bir çox dövlət proqramı qəbul edilib.

Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski isə çıxışında qeyd edib ki, rayon üzrə 2017- ci il qəbul olanların sayı 516 nəfər (38,07 %), 2018- ci ildə isə 601 nəfərdir (45,05 %). 600-dən yuxarı bal toplayanlar isə ötən illə nisbətdə 4 nəfər çoxdur. Cari ildə 42 nəfər 600-dən çox bal toplayaraq tələbə adını qazanıb.

Təhsil şöbəsinin müdiri qeyd edib ki, bütün bunlar Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.

Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski , valideynlər, məzunlar və digərləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədova dərin minnətdarlıqlarını bildiriblər.

Sonda yüksək bal toplamış gənclərə mükafatlar verilib.

 

https://www.youtube.com/watch?v=Tlu6NjKPkuQ&feature=youtu.be

 

Keçidlər