Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR GƏNCLƏŞİR

05 sentyabr 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Şiştəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.

Belə ki, Əvəzli Pərviz Elmar oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Şiştəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edlib.

28 sentyabr 1991-cı il tarixində Şiştəpə kəndində anadan olan Pərviz Əvəzli Aqrar Universitetin İqtisadiyyat fakültəsini bitirib.

Əvəzli Pərviz Elmar oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Şiştəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Əvəzli Pərviz daha öncə Şəmkir Rayon Statistika idarəsində məsləhətçi vəzifəsində çalışıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Əvəzli Pərvizi təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər