Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR RİH KOLLEKTİVİ HABİL RZAYEVƏ DƏ YENİ İŞİNDƏ UĞURLAR ARZULAYIR

30 avqust 2018 | 16:00

Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin Şəmkir meşəbəyilikləri üzrə baş mütəxəssis vəzifəsinə yeni kadr təyinatı baş tutub.

Bu Rzayev Habil Akif oğludur.

1976-cı ildə anadan olan Habil Rzayev Azırbaycan Kənd Təsərrüfatı Akademiyasının aqrokimya və torpaqşünaslıq fakültəsini bitirib.
Ailədir, 3 övladı var.

Habil Rzayevin son iş yeri Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş mütəxəssis vəzifəsi olub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Rzayev Habil Akif oğlu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin Meşələrin İnkişafı Departamentinin 28 avqust 2018-ci il tarixli əmrinə əsasən Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin Şəmkir meşəbəyilikləri üzrə baş mütəxəssis vəzifəsinə təyin edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi və bütün kollektivi adından Habil Rzayevi təbrik edir, yeni işində uğurlar arzulayırıq!

Keçidlər