Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı "Böyük Yol"a nə tövsiyyələr etdi

30 iyul 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov "Böyük Yol" Gənclərin İctimai Birliyinin idarə heyyəti ilə görüş keçirib.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda fəaliyyət göstərən "Böyük Yol" Gənlərin İctimai Birliyinin idarə heyyətini qəbul edərək onlara görüləcək işlərdə bir sıra tövsiyyələr verib.

Görüşdə "Böyük Yol" Gənclərin İctimai Birliyinin sədri Kənan İbrahimov yeni formalaşmış idarə heyyətinin qarşıda duran fəaliyyət planı haqqında geniş məlumat verib. Təqdim olunan fəaliyyət planında həmin işləri icra edəcək şəxslərin qarşılarında böyük məsuliyyətin olduğu bildirilib.

Səmimi söhbət zamanı Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov "Böyük Yol" Gənclərin İctimai Birliyinin idarə heyyətinə gənc nəslin milli ruhda tərbiyə olunmasında lazımı töhfənin verilməsinin vacibliyini bildirib. Dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının bu prosesi sürətləndirdiyini bildirən icra başçısı birlikdə könüllülərin sıralarının genişləndirilməsinin labüd olduğunu vurğulayıb. Eyni zamanda görüləcək işlər arasında "Ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması" layihəsinin həyata keçirilməsinin daha ön sırada olduğunu qeyd edərək bu işin bağçalardan başlanmasının vacib olduğu idarə heyyətinə tövsiyyə edilib. Ölkəmizdə sağlam mənəvi mühitin varlığını və bunu qoruyub saxlamağın həm də gənc nəslin vəzifəsi olduğunu nəzərə çatdıran Alimpaşa Məmmədov "Böyük Yol"a böyük işlərin həyata keçirilməsi istiqamətində tükənməz enerji və bol uğurlar arzulayıb.

Həyata keçiriləcək təlim proqramları, yaxın gələcəkdə nəzərdə tutulan layihələr, eyni zamanda təkliflərlə bağlı fikir mübadiləsini dinlədiyi və onlara verilən tövsiyyələrə görə "Böyük Yol"un idarə heyyəti Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova dərin təşəkkürünü bildirib.

 

Keçidlər