Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR GƏNCLƏRİNİN UĞURLARI - FƏRİD ŞÜKÜRLÜYƏ YENİ VƏZİFƏ VERİLDİ

17 iyul 2018 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda gənclərlə bağlı layihələr uğurla icra olunur.

Bu işlərin davamı olaraq daha bir gənc yeni vəzifəyə təyinat alıb. Bu Şükürlü Fərid Ayaz oğludur.

20 sentiyabr 1993-cü il tarixində Şəmkir şəhərində anadan olan Fərid Şükürlü Azərbaycan Dövlət İqtisad Universitetini Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib.

Şükürlü Fərid Ayaz oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, 25 yaşlı gənc daha öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Əliyaqublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsində çalışıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Fərid Şükürlünü təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

 

Keçidlər