Əziz şəmkirlilər,
Sizi 29 Yanvar 2020-ci il tarixində saat 09:30-dan 12:00-dək Şəmkir şəhəri Əhməd Cavad adına Mədəniyyət Mərkəzinin qarşısında "Yüksəliş" müsabiqəsi ilə bağlı “Səyyar Qeydiyat” xidmətindən yararlanmağa dəvət edirik.
Qeydiyyat mərhələsini uğurla keçmək üçün Sizə hər bir texniki dəstək göstəriləcəkdir.
QEYD: Qeydiyyatdan keçmək istəyən 21-51 yaşı olan şəxslər özləri ilə şəxsiyyət vəsiqələrini və diplomlarını mütləq götürməlidir!
Onu da bildirək ki,“Yüksəliş” müsabiqəsi Prezident Cənab İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib.