Əziz şəmkirlilər və şəhərimizin qonaqları!
Sizləri dekabrın 28-i saat 11:00-da Şəmkir Gənclər Mərkəzinin qarşısında keçiriləcək orijinallığı, rəngarəngliyilə seçilən ənənəvi Yeni il Karnavalına dəvət edirik.
Karnavalda sizləri DJ Roşka, Nihat Məlik və Aila Rainin ifasında əyləncəli musiqilər, bir-birindən gözəl rəqslər gözləyir.
Biz balacaları da unutmamışıq. Şaxta Baba və Qar Qız Karnavalda iştirak edəcək uşaqlara maraqlı oyunlar təqdim edəcəklər.
Və nəhayət möhtəşəm Yeni İl Karnavalında artıq Şəmkirdə ənənə şəklini alan «İlin qalibləri»nominasiyası üzrə mükafatlar təqdim ediləcək.