Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu gün 11:00-da Dəllər Cəyir kəndində sakinləri qəbul edəcək.
Qəbul zamanı vətəndaşların şikayət və təklifləri fərdi qaydada dinləniləcək, Şəmkir Rayon İcra Hakimiyyətinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.
Səyyar görüş müddətində öz şikayət və təkliflərini bildirmək üçün gələn sakinlər də qəbul olunacaq.
Vətəndaşlar qəbula yazılmış şəxslərin tərtib edilmiş siyahısı əsasında fərdi şəkildə qəbul ediləcəklər.
QEYD: Vətəndaşların qəbulu tərtib olunmuş qrafikə uyğun olaraq Şəmkir rayonunun bütün qəsəbə və kəndlərində keçiriləcəkdir.