Şəmkir rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində aşağıda göstərilən vakansiyalar mövcuddur.
Vakant vəzifələr
1. Sarıtəpə kənd körpələr evi-uşaq bağçası - *Müdir
2. Çinarlı qəsəbə 1 saylı körpələr evi-uşaq bağçası -*Tərbiyəçi
3. Plankənd 1 saylı körpələr evi-uşaq bağçası - *Tərbiyəçi
4. Düyərli kənd uşaq bağçası - *Tərbiyəçi
Vakansiyalar üzrə namizədliyini irəli sürmək istəyən şəxslərdən Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinə müraciət etmələri xahiş olunur.
Qeyd: 1. Məktəbəqədər təhsil müəssisəsinin rəhbəri vakant vəzifələri üzrə namizədliyini irəli sürmək istəyən şəxslər ali ixtisas təhsilinə və ya ali pedaqoji təhsilə (ali ixtisas təhsilinə üstünlük verilir) malik olan və təhsil sahəsində təcrübəsi olanlar müraciət edə bilərlər.
2. Tərbiyəçi vakant vəzifələri üzrə namizədliyini irəli sürmək istəyən şəxslər Məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli olmalıdır.