BU FÜRSƏTİ QAÇIRMAYIN!
16-20 MART TARİXLƏRİNDƏ ŞƏMKİRDƏ MÖHTƏŞƏM BAYRAM YARMARKASI TƏŞKİL OLUNACAQ!
UCUZ QİYMƏT, YÜKSƏK KEYFİYYƏT, PULSUZ NƏQLİYYAT
ÜNVAN: "ŞƏMKİR SƏBƏTİ" TİCARƏT MƏRKƏZİ
Novruz bayramı ilə əlaqədar Şəmkir əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və alıcıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə 16-20 mart 2019-ci il tarixlərində fasiləsiz olaraq 5 gün kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunacaq.
Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Şəmkir Səbəti” Ticarət Mərkəzində təşkil ediləcək Novruz Yarmarkasına sakinlər rahat alış-veriş etməsi üçün rayon mərkəzindən pulsuz nəqliyyat vasitələri xidmət göstərəcək.
Əhalinin bayram təlabatlarının tam ödənilməsi üçün Yarmarkada satışa çıxarılacaq qiymətlər bazar qiymətindən aşağı, məhsulların keyfiyyəti isə yüksək olacaq.
Yarmarkada satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə ciddi nəzarət ediləcək.
“Şəmkir Səbəti” Ticarət Mərkəzində təşkil ediləcək Bayram Yarmarkasından ətraf rayonların sakinlərinin yararlanması üçün də imkanlar yaradılıb.
Bayram Yarmarkasında əhalinin rahat alış-veriş etməsi üçün könüllülər fəaliyyət göstərəcək, eyni zamanda 5 gün müddətində alıcılara musiqili proqramlar, hədiyyəli oyunlar təqdim ediləcək.